Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib.
Adalet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyin təmin olunmasının region xalqları, dövlətlərinin inkişafına mühüm töhfə verəcəyini qabardıb.
"Suriya ilə İraqda əmin-amanlıq olduğu zaman regiondakı bütün xalqlar, dövlətlər yollarına sülh, sabitlik və inkişaf şəraitində davam edəcəklər. Bizim buna ehtiyacımız var", – nazir vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə ilə yanaşı, Suriya və İraqda siyasi sabitlik, təhlükəsizliyin təmin edilməsi regionun iqtisadi potensialının üzə çıxmasına imkan yaradacaq.
Fidan bildirib ki, Türkiyədə həyata keçirilən islahatlarla yanaşı, regional siyasət və əməkdaşlıq da iqtisadiyyatın inkişafına ciddi təsir göstərəcək.
Digər Xəbərlər
09 Oktyabr 2026 12:03
Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət etdi
09 Oktyabr 2026 10:29
Paşinyan Azərbaycan mahnısı ilə video paylaşdı - VİDEO
09 Oktyabr 2026 09:35
İstanbulda çökən binada ölənlərin sayı 5-ə çatdı
09 Oktyabr 2026 09:27


Bakı -°C

