Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.
“Meksika Latın Amerikası regionunda dinamik sürətlə inkişaf edən, çox ciddi iqtisadi artımlara imza atan və G20-nin aparıcı və fəal dövlətlərindən biridir. Bu xüsusda da ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var”.
Hacıyev deyib ki, WUF13 çərçivəsində Meksika və Azərbaycan arasında əlaqələrin yeni perspektivləri açılıb:
“Hesab edirik ki, ölkələrimiz bu çərçivədə də şəhərsalma gündəliyinin beynəlxalq səviyyədə təşviq edilməsi, bu sahədə olan zəngin təcrübəmizin beynəlxalq ictimaiyyətlə bölüşülməsi baxımından da yaxşı imkanlara malikdirlər. Bu xüsusda da ölkələrimiz arasında yaxın əməkdaşlıq həyata keçirilir”.
Digər Xəbərlər
12 Oktyabr 2026 12:38
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB
12 Oktyabr 2026 11:47
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”
12 Oktyabr 2026 11:43
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident
12 Oktyabr 2026 11:38
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
12 Oktyabr 2026 11:37
"Süni intellektin inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir" - İlham Əliyev
12 Oktyabr 2026 11:36
"Türk xalqlarının mədəni irsinin qorunması fəaliyyətimizin aparıcı istiqamətlərindəndir" - Dövlət başçısı
12 Oktyabr 2026 11:35
"Azərbaycan Türk dünyasının birləşməsi naminə bütün səylərini səfərbər edib" - İlham Əliyev
12 Oktyabr 2026 11:34


Bakı -°C

