Bakıda yanğın baş verdi

Bakıda Xutor qəsəbəsi Eldar Babayev küçəsində yanğın baş verib.
Adalet.az xəbər verir ki, yanğın zibil qutularından başlayıb.
Yanğın ətrafdakı ağaclara keçməmiş FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
P. S Siqaret kötüklərini zibilqabılara atmaq təhlükəlidir.
Emin