"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Antonio Quterreş
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik.
Adalet.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Maliyyə artımının vacibliyini vurğulayan Baş katib bildirib: “Bütün tərəflərin 1,5 dərəcə ilə uyğunlaşdırılmış yeni milli planlar təqdim etmələrini təmin etmək də vacibdir. Hər bir hökumətə, eyni zamanda, emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz bərpaolunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı vermək lazımdır”.
A.Quterreş diqqətə çatdırıb ki, maliyyə nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı sərmayədir. “Keçən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta gəlirli ölkələr üçün iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli maliyyə elan etdilər. Bu maliyyə 2030-cu ilə qədər ildə 120 milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordan səfərbər ediləcək. Mən hər bir tərəfi addımlar atmağa, sürəti artırmağa çağırıram, vaxt azdır”, - deyə o əlavə edib.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

