18 Oktyabr 2025 00:04
92
GÜNDƏM

Bakıda yeni katolik kilsəsi tikiləcək

Bakıda daha bir katolik kilsəsi inşa olunacaq.

Adalet.az xəbər verir ki, bunu birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı deyib.

Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib:

“Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırdığı məsələ - ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq”.

Qeyd edək ki, Müqəddəs Məryəm hələlik Bakıdakı yeganə katolik kilsəsidir.