17 Oktyabr 2025 23:25
81
HADİSƏ

“Gəlinim sudan durudur, oğlumun beyninə girmişdilər” - VİDEO

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mətanət Hacızadənin qayınanası danışıb.

Adalet.az xəbər verir ki, onun sözlərinə görə, gəlininin toya tək getməsi barədə oğluna məlumatlar verilib:

“Yalandan deyiblər ki, guya gəlin uşaqları da qoyub təkbaşına toya gedib. Dedim, ay oğul, sənə yalan deyirlər. Beyninə o qədər girmişdilər ki... Mənim gəlinim aydan arı, sudan durudur. Bir dənə səhvi olmayıb. O qədər beynini doldurmuşdular ki, ancaq deyirdi öldürəcəyəm”.

Xatırladaq ki, xanımını atası evində qətlə yetirdikdən bir neçə saat sonra Səbuhinin də cəsədi rayonun Əyyublu kəndində ağacdan asılı halda tapılıb. Cütlüyün 3 oğlu var imiş.

Ətraflı APA TV-nin süjetində: