17 Oktyabr 2025 22:40
79
DÜNYA

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün yaxşı bir məqamdır.

Adalet.az-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı deyib. O bildirib ki, Rusiya müharibənin həllinə hazır deyil. “Ancaq düşünürəm ki, sizin köməyinizlə bu müharibəni dayandıra bilərik. Buna həqiqətən

ehtiyacımız var. Rusiyanın döyüş meydanında uğurlu addımlarının olmadığını görürük və bu, yaxşıdır. Hesab edirəm ki, onların ordusu indi zəifdir, itkiləri çoxdur. İqtisadiyyatda da çoxlu itkiləri var. Hesab edirəm ki, bu, çox vacib məqamdır”,- deyə Zelenski əlavə edib.