Bakıdakı provayderlərə ziyan vuraraq vətəndaşların internetini kəsirmişlər - VİDEO
Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil olub.
DİN-dən Adalet.az-a bildirilib ki, həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar. Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib.
Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb. Onların törətdiyi oğurluq əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb. Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı PŞ-də araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
15 Aprel 2026 16:31
Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlandı
15 Aprel 2026 12:57
Uşaq arabasında qaçaqmal keçirmək istədilər
15 Aprel 2026 10:32
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
15 Aprel 2026 09:57
Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq etdi
14 Aprel 2026 17:12
Marketlərdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı
14 Aprel 2026 16:24
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
14 Aprel 2026 15:27
İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar
14 Aprel 2026 10:19


Bakı -°C

