adalet.az header logo
  • Bakı -°C
09 Mart 2026 19:24
95
GÜNDƏM
A- A+

Bakıdan Naxçıvana uçuşlar bərpa edildi - YENİLƏNİB

Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.

Adalet.az xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvandan- Bakıya "j2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçir. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.

Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

***13:08

Martın 5-də İran İslam Respublikasının dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırmışdı.

Adalet.az xəbər verir ki, bu gündən etibarən hava limanının fəaliyyəti bərpa edilib. 

Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.