Bakının bu ərazisində su kəsiləcək - XƏBƏRDARLIQ
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 27 sentyabr 2023-cü il tarixində Suraxanı qəsəbəsinin bir hissəsinə (İ.Şükürov, H.Bayramov, Z.Əliyev, E.Həsənov, M.Mustafayev, Ş.Mustafayev, X.Ələkbərov, A.Rzayev küçələri, 1849-cu keçid, 3-cü mədən ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
“Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.