Bakının icra hakimiyyətlərində yeni sektorlar yaradıldı
Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikləri həyata keçirilib.
Adalet.az-ın Manset.az-a istinadən məlumatına görə, edilən dəyişikliklərdən sonra icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektor adlandırılıb.
Ləğv edilən şöbələrin müdir vəzifələri isə icra başçılarının müavinlərinə həvalə edilib. Bundan sonra icra başçısının müavinləri müavin vəzifəsi ilə bərabər şöbə müdiri vəzifəsini də həyata keçirəcəklər.
Ləğv edilən şöbələr bunlardır: ərazi-təşkilat məsələləri şöbəsi, ictimai-siyasi məsələlər şöbəsi, sosial-iqtisadi inkişafın təhlili şöbəsi, memarlıq və tikinti şöbəsi, rayon təsərrüfat məsələləri şöbəsi.
Bütün bu şöbələrin rəhbərlərin səlahiyyəti icra başçısının müavininə verilib. Həmin o şöbələrin tabeliyində isə sektor müdiri vəzifəsi təsis edilib. Həyata keçirilən struktur dəyişikliklərində sonra icra hakimiyyətlərində bir sıra kadr islahatları da aparılıb.
Bununla bağlı məlumat icra hakimiyyətlərindən təsdiq edilib.
Digər Xəbərlər
03 Aprel 2026 11:33
Taksilərlə bağlı yeni qayda
03 Aprel 2026 11:21
Dövlət Xidməti 34 nəfər barəsində prokurorluğa müraciət etdi - 1 əməkdaş işdən çıxarıldı
03 Aprel 2026 11:15
Novruz Məmmədov işdən çıxdı
03 Aprel 2026 10:29
Martda 91 nəfər zəhərlənib
03 Aprel 2026 10:24
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda birgə təlim keçir - VİDEO
02 Aprel 2026 17:07
Zakir Həsənov MDB-nin iclasında iştirak edib
02 Aprel 2026 16:57
Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Tacikistana təhvil verildi
02 Aprel 2026 14:59


Bakı -°C

