“Bakının mərkəzində yaşayan hər kəs bunu görür” - İlham Əliyev
“Qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib.
Dövlət başçısı qeyd edib ki, biz hər il bunu Bakıda görürük: “Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”.
Digər Xəbərlər
26 Sentyabr 2026 20:10
Heç bir ölkə müharibələrdən sığortalanmayıb - Səxavət Məmməd yazır
26 Sentyabr 2026 19:45
"Real nəticələr verən çoxtərəfli sistemə sadiq qalırıq" - Bayramov
26 Sentyabr 2026 17:47
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
26 Sentyabr 2026 16:28
Prezident Məhəmməd Ben Sulayem ilə görüşdü
26 Sentyabr 2026 16:26
Bakı Forumu iqtisadi cəlbediciliyin göstəricisidir
26 Sentyabr 2026 13:56
Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından - Görüntülər
26 Sentyabr 2026 13:49
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
26 Sentyabr 2026 13:47


Bakı -°C

