Balidə bloqerlərə qadağa
İndoneziya hakimiyyəti adi turist vizaları ilə Balidə işləyən xarici influenserlər və kontent yaradıcıları üçün viza qaydalarını sərtləşdirib.
Adalet.az “SmartTraveller” portalına istinadən xəbər verir ki, hökumət bloqerlər üçün təcili xəbərdarlıq yayımlayaraq, səfərdən əvvəl viza növünü dəqiqləşdirməyə çağırıb.
Bildirilib ki, turist vizası ilə Baliyə səfər edən şəxslərin hətta adanı tərk etdikdən sonra belə kommersiya məqsədilə hər hansı kontent paylaşması ciddi qanun pozuntusu hesab edilir.
İmmiqrasiya xidməti artıq Balidə onlarla xaricini saxlayıb. Ekspatlar arasında məşhur olan Çanqu və Ubud kimi rayonlarda müntəzəm patrul xidməti həyata keçirilir.
Viza rejiminin pozulmasına görə bloqerləri böyük cərimələr, deportasiya və hətta İndoneziyaya ömürlük giriş qadağası gözləyir.
Digər Xəbərlər
18 Iyul 2026 17:12
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
18 Iyul 2026 16:49
İranda ölən mülki şəxslərin sayı 50-yə çatdı
18 Iyul 2026 15:56
İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu
18 Iyul 2026 15:51


Bakı -°C

