28 Avqust 2025 09:45
67
HADİSƏ

Ballıqaya qətliamından 33 İL ÖTÜR

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.

Adalet.az xatırladır ki, Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 33 il ötür.

Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.

Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.

Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.

Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:

A.S.ADoğum tarixiYaşı
Azyaşlı uşaqlar
1Hümbətov Elçin Vəzir oğlu198012 yaş
2Hümbətov Bəxtiyar Vəzir oğlu198210 yaş
3Hümbətov İsmayıl Vəzir oğlu19848 yaş
4Hümbətov Nəvadi Vəzir oğlu19866 yaş
5Hümbətova Gülnar Vəzir qızı19884 yaş
6Hümbətov Canpolad Vəzir oğlu19926 ay
Qadınlar
1Abdullayeva Səadət Abdulla qızı197319 yaş
2Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı193557 yaş
3Mehdiyeva Ayna Hümbət qızı196725 yaş
4Mehdiyeva Bəyim Aydın qızı195933 yaş
5Mehdiyeva Gülayə Əli qızı192567 yaş
6Mehdiyeva Süraya Məhəmməd qızı195636 yaş
7Kalbalıyeva Nubar Muradxan qızı195240 yaş
8Vəliyeva Zeynab Hüseyin qızı189993 yaş
9Alməmmədova Minaya Əbilqasım qızı193062 yaş
10Alməmmədova Zeynəb Şəmil qızı197220 yaş
11Alməmmədova Kəmalə Şəmil qızı197616 yaş
12Hümbətova Hürzaman Qara qızı195933 yaş
13Hümbətova Gülnar Vəzir qızı19884 yaş
Qocalar
1Abdullayev Abdulla Bədəl oğlu193458 yaş
2Mehdiyev Hümbət Əbulqasım oğlu193062 yaş
3Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı193557 yaş
4Mehdiyeva Gülayə Əli qızı192567 yaş
5Vəliyeva Zeynab Hüseyin qızı189993 yaş
6Alməmmədova Minaya Əbilqasım qızı193062 yaş