"Bank kart məlumatları verməyin, risklidir" – DİN çağırış edir
Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur. Hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.
DİN-dən Adalet.az-a verilən məlumata görə, vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır.
“Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.
İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb.
Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir.
Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünüən hər bir təklif yalandır.
Digər Xəbərlər
01 May 2026 16:31
7788.8 hektar ərazi minalardan təmizlənib
01 May 2026 16:28
"Bu problem hələ də ciddi humanitar çağırış olaraq qalır" - Hikmət Hacıyev
01 May 2026 16:06
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində
01 May 2026 14:10
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
01 May 2026 14:09
Orta məktəblərdə hərbi hazırlıq dərslərinə ayrılan vaxt artırılsın - TƏKLİF
01 May 2026 14:08
"Səyyar gömrük auditi aparılması halı kifayət qədər azalacaq" - General
01 May 2026 13:35
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
01 May 2026 13:17


Bakı -°C

