Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - VİDEO

Bank heç vaxt hansısa məlumatı vətəndaşdan telefon vasitəsilə istəyə bilməz.
Adalet.az Xəzər TV-yə istinadən bildirir ki, bunu maliyyə eksperti Əkrəm Həsənov deyib.
O bildirib ki, kimsə vətəndaşa zəng edib kartın məlumatlarını istəyirsə dələduzdur.
Əkrəm Həsənov deyir ki, bəzən bankların daxilində də dələduzlar ola bilər.
Ekspert bildirir ki, hər bir vətəndaş öz maliyyə təhlükəsizliyinə görə məsuliyyət daşımalı və dələduzlara qarşı ayıq-sayıq olmalıdır. Bu cür hallarla rastlaşan şəxslər dərhal bankla və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar.
Digər Xəbərlər

Qarabağdakı yaylaqlara köçlə bağlı qeydiyyat başlayır

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bəzi yerlərdə külək əsir, yağış yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
