adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2024 09:04
1131
İDMAN

"Barselona" səfərdə "Atletiko"nu darmadağın etdi - VİDEO

İspaniyanın paytaxtı Madriddə yerli komanda “Atletiko Madrid” və “Barselona” arasında İspaniya Primera Liqasının 29-cu turunun oyunu baş tutub.

Adalet.az xəbər verir ki, görüş "Barsa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Joau Feliks (38-ci dəqiqə), Robert Levandovski (47) və Fermin Lopes(65) vurub.

“Barselona” 64 xal toplayaraq ikinci pilləyə yüksəlib. “Atletiko” 55 xalla beçinci pillədə qalıb.