Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Göygöl, Samux, Kəlbəcər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Bu barədə Adalet.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror Gəncə Memorial Kompleksini ziyarət edib, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş insanların əziz xatirəsini yad edib, abidə önünə gül dəstələri qoyub.
Qəbulda iştirak etmiş 73 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Digər Xəbərlər

Mehriban Əliyeva Roma Papası ilə görüşdü - FOTOLAR

Narkotiklə mübarizə gücləndirilsin - Nazirdən tapşırıq

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşın - Vilayət Eyvazovdan tələb

Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTO

176 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edib

"Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi - Səbəb nədir?

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılacaq? - İsa Həbibbəylidən açıqlama
