Pensiya yaşı artırılır? - RƏSMİ

Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Nazirlik bəyan edib ki, ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.
Nazirliyin dərc etdiyi "Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur.
"Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq.
Digər Xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 İL ÖTÜR

Bakıda yeni katolik kilsəsi tikiləcək

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Mehriban Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - FOTO

Mehriban Əliyeva Roma Papası ilə görüşdü - FOTOLAR

Narkotiklə mübarizə gücləndirilsin - Nazirdən tapşırıq
