17 Oktyabr 2025 16:27
95
GÜNDƏM

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılacaq? - İsa Həbibbəylidən açıqlama

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında üzvlüyü məsələsinə baxılır.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

"Son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq, ona uyğun qərar veriləcək", - o qeyd edib.