Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq
2026-cı ildə Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq.
Adalet.az xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük işlər həyata keçirilir:
"Şuşa şəhəri azad olunduqdan dərhal sonra bərpa-quruculuq işləri aparılıb. Təkcə Şuşa yox, bütün işğaldan azad olunmuş bütün ərazilərdə dünyada son vaxtlar ağıla gəlməyən dağıntılar olub. Ən çox Şuşaya, onun mədəni tarixinə ziyan vurulub. 100-dən çox abidələr, məscidlər, digər tanınmış binalar dağıdılıb".
Aydın Kərimov deyib ki, bunlar işğal dönəmində düşünülmüş siyasətin nəticəsi olub:"Azərbaycanın mədəni irsini məhv etmək dəyərləndirilməlidir. İndiyədək 27 tarixi abidə, 5 məscid, 1 kilsə, Bülübülün Ev muzeyi və Üzeyir Hacıbəyovun Abidəsi bərpa edilib. Bu gün şəhəri ziyarət edən turistlər işğal dönəmi ilə indiki vəziyyəti görürlər".
Xüsusi nümayəndə deyib ki, 15 tarixi abidə bu il konservasiya işlərinə başlayacaq.
Digər Xəbərlər
19 May 2026 10:42
Xankəndi, Ağdərə və Xocalıda nə qədər ərazi minalardan təmizlənib?
19 May 2026 10:36
Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür
19 May 2026 10:32
Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA
19 May 2026 10:31
ÜMT: İqlim böhranı humanitar fəlakətə səbəb ola bilər
19 May 2026 10:10
AZAL Naxçıvan reyslərini bərpa edib
19 May 2026 10:04
Kamran Əliyev Qaradağda qəbul keçirəcək
19 May 2026 10:02
Əlilliyi olanlar üçün şəhərlər əlçatan və rahat olmalıdır - Ombudsman
19 May 2026 09:46


Bakı -°C

