adalet.az header logo
  • Bakı -°C
19 May 2026 09:46
64
GÜNDƏM
A- A+

"Odur ki, din tacirlərindən, Quran dəllallarından, məzhəb alverçilərindən özünüzü..." 

"Adam var ki, saxta məhsul hazırlayıb fırıldaqçılıq edir. Adam var ki, südə su qatır, çəkidə aldadır fırıldaqçılıq edir. Adam var, ustadır, sənətini dələduzluq alətinə çevirib, adamları aldadır. Adam da var, dini, müqəddəsatı fırıldaqçılığına alət edib. Bax bu sonuncu ən təhlükəlisi, ən qorxulusudur". 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

O, bildirib ki,  əvvəlkilər dini, Quranı dələduzluğa alət etməyə bəlkə çəkinər, bəlkə başına iş gələcəyindən qorxar, etməz: 

"Amma dini alət edənlər buna cəsarət edər. Demək ya daxildə tamamilə dinin həqiqət olmadığına yəqin ediblər. Qərara gəliblər ki, onsuz da axirət, hesab yoxdur, yaxşısı budur heç olmasa bu adla dünyada qazanc əldə edək. Ya da inanır, amma cəhaləti üzündən dinin də alver, qazanc mənbəyi olduğunu zənn edir. Yanlış inanır. Hər bir halda bu zümrə bank yaran, işə düzəltmək adı ilə adam aldadan, südə su, çörəyə kafur qatan dələduzlardan daha zərərlidir cəmiyyət üçün. Ona görə ki, onların cürət etmədiyi, çəkindiyi üsuldan bunlar qorxmadan istifadə edirlər. Odur ki, din tacirlərindən, Quran dəllallarından, məzhəb alverçilərindən özünüzü, övladlarınızı, gələcəyinizi qoruyun. Çünki onlar üçün artıq toxunulmaz, müqəddəs heç nə yoxdur. Əgər ən böyük müqəddəsin, Allahın adı ilə mənfur əməllərə cəsarət edirlərsə demək istənilən cinayətə, istənilən mənfur işə gözlərini qırpmadan qol qoya bilərlər". 

Vasif ƏLİHÜSEYN