Baş prokuror Göyçayda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Adalet.az xəbər verir ki, mayın 14-də Baş prokuror Kamran Əliyev Göyçay rayon prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, İsmayıllı, Qəbələ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 67 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
Digər Xəbərlər

Qazinin arvadının binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıldı

Xocalı soyqırımında körpə övladları ilə girov götürülmüş qadın danışdı

Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

Zərərçəkmişlər erməni cinayətlərindən danışdı, Vardanyan dinlədi - FOTOLAR

Nuranə Məcidovanın ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi

Yeni hakimlər kollektivə təqdim olundu
