Baş prokuror Yevlaxda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də, saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında Yevlax, Ağdam, Goranboy, Naftalan, Tərtər rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
04 Mart 2026 19:56
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
04 Mart 2026 19:35
Ramazan ayının 15-ci gününün duası - İmsak və iftar vaxtı
04 Mart 2026 18:53
Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
04 Mart 2026 18:35
WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib
04 Mart 2026 17:33
Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi
04 Mart 2026 17:22
Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirildi
04 Mart 2026 17:16
Qatarların hərəkət cədvəlində dəyişiklik edildi
04 Mart 2026 16:01


Bakı -°C

