Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyevin Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri ilə sentyabrın 16-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Adalet.az xəbər verir ki, qəbul sentyabrın 18-də saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında baş tutacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli, Naxçıvan Muxtar Respublikası prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036)-550-14-96 nömrəli telefonu, [email protected] və [email protected] elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər

Gəncə terroruna əmri Ermənistan rəhbərliyi verib - MƏHKƏMƏ

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi keçirilib

Gömrük Komitəsinin iki əməkdaşı HƏBS EDİLDİ

"Sülh müqaviləsinin şərtləri reallıqdan uzaq deyil" - Baş prokuror

Azərbaycan Respublikasının Baş Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə

"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər araşdırılır" - Kamran Əliyev

Kamran Əliyev: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi davam edir
