08 Oktyabr 2025 13:35
162
DÜNYA

BCM Melonini soyqırımda ittiham edir

İtaliyanın baş naziri Giorgia Meloni bildirib ki, o və iki naziri İsrailin Qəzza zolağına hücumuna görə Beynəlxalq Cinayət Məhkəməsində soyqırımda iştirakda ittiham olunub.

Adalet.az xəbər verir ki, Meloni bu barədə RAI dövlət televiziyasına müsahibəsində danışıb.

Onun sözlərinə görə, müdafiə naziri Guido Crosetto, xarici işlər naziri Antonio Tajani və müdafiə şirkətinin rəhbəri Leonardo Roberto Cingolani də soyqırımda iştirakda ittiham edilib.