Ərdoğan Putinlə telefonla DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.
Adalet.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Telefon söhbəti zamanı R. T. Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin olunması və humanitar yardımların bölgəyə çatdırılması üçün səylər göstərdiyini bildirib. O, həmçinin Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün diplomatik təşəbbüslərin sürətlənməsinin vacibliyini vurğulayıb və Türkiyənin sülh naminə çalışmaqda davam edəcəyini qeyd edib.
Görüş zamanı Ərdoğan rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.
Digər Xəbərlər
07 Dekabr 2025 22:00
"Avropa miqrantlar səbəbindən orta əsrlərə qayıdır"
07 Dekabr 2025 21:30
İran hibrid və elektrik avtomobillərinin istehsalına başlamağı planlaşdırır
07 Dekabr 2025 21:10
Türkiyə və Suriya XİN rəhbərləri arasında görüş olub
07 Dekabr 2025 21:06


Bakı -°C

