“Strateji tərəfdaşlıq sazişi İranı qoruya bilməyəcək...”
“Rusiya ilə İran arasında Strateji Tərəfdaşlıq Müqaviləsinin - 2 oktyabr 2025-ci il tarixindən etibarən qüvvəyə mindiyini elan edib və bu müqavilə çərçivəsində iki ölkənin ümumi çağırış və təhdidlərlə mübarizə aparacağını vurğulayıb. Həmçinin Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, bu müqavilə formalaşmaqda olan çoxqütblü dünya nizamı çərçivəsində beynəlxalq arenada əməkdaşlığın gücləndirilməsini, o cümlədən aparıcı çoxtərəfli forumlarda sıx koordinasiyanı, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səyləri, ümumi çağırış və təhdidlərə qarşı mübarizəni nəzərdə tutur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, göründüyü kimi, Rusiya çox qütblü dünyadan bəhs edir:
Rusiya İranla birgə regionda təhlükəsizlik məsələləri ilə əməkdaşlıq edəcəyini vurğulayır. Ümumiyyətlə, Rusiya və İran illərdir ki, müttəfiqlik əlaqələrinə malik olduqlarını qeyd edirlər. Halbuki, Rusiya fürsət düşdükcə İranı müdafiə etməyib. Suriyada tərəflər birgə əməkdaşlıq edəndə, Moskva İran güclərinin İsrail təyyarələri tərəfindən Suriyada hücumuna şərait yaradırdı. Son 12 günlük müharibədə Rusiya öz "müttəfiqinə" yardım etmədi. İrana ətrafında yeniden təhlükəsizlik çağırışları formalaşır. Tehran öz nüvə ambisiyalarından geri çəkilməyəcəyini bəyan edir”.
M.Əsədullazadə deyib ki, belə olan təqdirdə İrana qarşı növbəti hərbi əməliyyatlar mümkündür:
“Əgər, İrana qarşı hərbi əməliyyatlar baş versə, Rusiya imzalanmış ikitərəfli strateji Tərəfdaşlıq sazişinə baxmayaraq İrana hərbi yardım etməyəcək. Həlledici məqamlarda Rusiya və İran arasında imzalanmış sənədlər kağız üzərində qalır. Onsuzda Rusiya ilə imzalanmış sənədlər "su üzərinə yazılmış yazı kimidir". Ona görə də İran Rusiya arxayın olub, yenidən ABŞ meydan oxuyur. Hazırda Rusiya özü Çinin ona hamı durmasını istəyir. Rusiya Xarici İşlər nazirliyi bu sənədi elan etməklə, yeni bir koalisiya qurduğunu göstərməyə çalışır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

