“Köçəryan və Sərkisyan Paşinyanla üz-üzə gəlməyə qorxurlar...”
“Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayır. Bu dəfə də belə oldu. Robert Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı düzənlədi və baş nazir Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər söylədi, eyni gündə oxşar açıqlamalar Serj Sərkisyandan da gəldi. Hər ikisi gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Nikol Paşinyana elə bunlar kimi rəqiblər lazımdır, üzərlərində növbəti dəfə qələbə çala bilsin:
“Paşinyan dünən “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız” cümləsi ilə ikisini də növbəti dəfə susdurub. Köçəryan və Sərkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sərkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verdi, oteldə mətbuatın qarşısında görüşdülər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qaldı. Ona görə də Köçəryan və Sərkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından baş nazirlə üz-üzə gəlmək istəmirlər”.
O deyib ki, Köçəryan mətbuat konfransından əvvəl Moskvada olub, Kremldə qapalı görüşlər keçirib:
“Köçəryan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostlarındandır və istisna etmirəm ki, Kreml sahibi onunla görüşüb, sadəcə Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki, Putin də anlayır yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Nikol Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

