Başımıza oyun açıb milyard qazanırlar

Həmişə deyirəm, müasir zamanın tələbi heçnədən pul qazanmaqdır. “Ək, becər, yığ” dövrü yerini çoxdan texnologiyaya verib. Dünya ölkələrində fiziki əmək zehni əməyə verir yerini.
Məsələn, 10 il əvvəl yayımlanan GTA V oyununun büdcəsi 265 milyon dollar, qazancı isə 8 milyard dollar olub. 8 milyard dollar nəyinki oyun sahəsində, ümumilikdə əyləncə sektorunda görünməmiş bir rekorddur. Həmin oyunun YouTube-da 12 illik treyleri cəmi 100 milyon dəfə izlənilib.
Bir neçə gün qabaq yayımlanan GTA VI treyleri isə 1 günə 102 milyon dəfə izlənilib. 12 illik videonu 1 gündə keçmək nə deməkdir?
Fantastikadır. Elə bu treylerin özü də gəlir mənbəyidir. Youtube yaxşı pul qazandırır.
İddialara görə GTA 6-nın 2 milyard dollar büdcəsi var. Oyun "Rockstar Games" şirkətinə böyük ehtimalla bəzi ölkələrin illik büdcəsindən daha çox qazanc gətirəcək.
Bəli, müasir dövrdə “əlimdə beş-on min olsaydı bir iş qurardım” dərdi yalnız bizdədir. Çünki oyun çıxara bilmirik.
Dünyada gedən oyunlardan da çox uzağıq…
Emin