Bayden Makrona 500 min dollarlıq şam yeməyi verib
Fransa prezidenti Emanuel Makron ABŞ -da dörd günlük rəsmi səfərdədi. Prezdentlər üçün təşkil olunan təntənəli şam yeməyinə verilən omar dəniz məhsulları, siyasətçilərin və ekoaktivistlərin ciddi tənqidləri ilə qarşılanıb. Bildirilir ki, təntənəli şam yeməyinin qiyməti 500 min dollar olub.
Fox News telekanalının aparıcısı Cessu Uotters ABŞ və Fransa prezidentlərinin görüşüşmə anını lağa qoyaraq bildirib ki, prezidentlərin əl sıxma mərasimi 30 saniyədən çox çəkib. Teleaparıcının sözlərinə görə, Co Bayden Makronu təəcübləndirmək istəyib, lakin onun bu hərəkəti çox yersiz alınıb. Uotters xatırladıb ki, fransalı lider 2021-ci ilin yayında, qoşunlarını tələsik Əfqanıstandan çıxardığına görə Baydeni kəskin tənqid etmişdi. Makron o zaman bəyan etmişdi ki, bu məsələyə görə " Parislə əzəli əməkdaşının arasında problemlər yaşanmışdı".
"Bu gün səhər isə Bayden Makronun əlini sıxaraq uzun müddət onu buraxmaq istəməyib. "Onun əlini buraxa bilmirdi" -deyə ironiya ilə bildirən jurnalist, qeyd edib ki, Makron Baydenin bu hərəkətindən çaş-baş qalaraq nə edəcəyini bilmirdi. "Bunun İrlandiya güc fəndi - "ölümünü öp" kimi qiymətləndirməlidir və ya Bayden bu hərəkəti ilə nə demək istəyirdi", anlşılmadı.
Prezidentlərin görüşübün təfərrüatları barədə hələ ki, geniş məlumat veriləcəyi bildirilir.
Rüstəm Hacıyev
Digər Xəbərlər
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24 Sentyabr 2026 23:21
BMT-də 80-ə yaxın ölkə Hörmüzdə gəmiçiliyin bərpasına çağırış edib
24 Sentyabr 2026 23:11
Netanyahunun çıxışı zamanı zalı tərk etdilər - VİDEO
24 Sentyabr 2026 23:08
Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
24 Sentyabr 2026 23:00
"TRIPP Hörmüz boğazına alternativ ola bilər" - Uitkoff
24 Sentyabr 2026 20:45
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
24 Sentyabr 2026 20:29


Bakı -°C

