Bayram günlərində 230 yanğın olub -VİDEO

Azərbaycanda Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində 230 yanğın olub.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 20 köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər

AAYDA-dan Saray körpüsü ilə bağlı iddialara cavab

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən əhaliyə xəbərdarlıq

“BMW” hasara çırpıldı - Sərnişin belə çıxarıldı - VİDEO

Bulvarda sudan meyit çıxarıldı

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

DSX-nin hərbçisi VƏFAT ETDİ

Azərbaycana keçənlər Ermənistana qaytarıldı - YENİLƏNİB
