Bayram günlərində 40 nəfər zəhərlənib

Bayram tətili günlərində (30 dekabr- 6 yanvar) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.
Bu barədə Adalet.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd edilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
“Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər

İntihara cəhd edən gənc şairin son vəziyyəti açıqlandı

Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir - FOTOLAR

COVID-19 və qripdən qoruyan peyvənd yaradıldı
