Tramp tələsir, Putin isə... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
175 | 2025-03-14 12:00

Xəbər vermişdik ki, iki gün əvvəl ABŞ dövlət katibi Marko Rubio  Ukraynanın atəşi dayadırmağa razı olduğunu bəyan etmişdi və əlavə olaraq qeyd etmişdi kiki, ümid edir ki,  Rusiyda atəşi dayandırmağa "hə" deyəcək.

Onu da qeyd etmişdik ki, Rusiya prezidenti Vladimir Putin Tramın atəşin dayandırılması təklifini üzdə bəyəndiyini bildirsə də, əslində Ukrayna ilə apardığı müharibədə "istəyinə" çatmadığı üçün  müxtəlif bəhanələrlə, Teampın da "xətirinə dəyməməklə"  atəşin dayandırılması məsələsini uzatmağa çalışacaq. Yəni, mədəni şəkildə imtina edəcək.

 Dünən axşam saatlarında məlum oldu ki, Rusiya prezidenti Vladimir Putin   ABŞ-ın "hərbi əməliyyatların dayandırılması" təklifiylə razıdır. Lakin, bununla bağlı bir çox suallar var: "Biz hərbi əməliyyatların dayandırılması təklifiylə razıyıq. Lakin, döyüşlərin dayandırılması üçün, bu böhranın ilkin səbəbləri araşdırılmalıdır"- deyə Putin bəyan edib və bildirib ki, məsələni telefonla ABŞ prezidenti ilə müzakirə etməyə, münaqişənin bitməsi və barışıq elan edilməsi məsələlərini Trampla müzakirə etməyə hazırdır,

 Çox istərdik Ukrayna torpaqlarında müharibə dayansın. Tramp da, Putin də, müharibənin bitməsini "istəyirlər".  Lakin, bizlərdən fərqli olaraq, Trampın özünün, Putinin də özünün bunda çox ciddi (əslində məkrli) maraqları var. Tramp tələsir, Ukraynanın təbii mineral sərvətlərinə təkbaşına sahib olmaq istəyir. Putin isə tələsmir, artıq üstünlük qazandığı müharibənin uzanması ilə, əvvala Birləşmiş Ştatların (Trampın), "sərvətlərə sahib olmaq ümidlərini"  boşa çıxarmağa və daha çox əraziləri nəzarəti altına almaqla, özünün   "əsl niyyətlərini" həyata keçirə  biləcəyinə inanır.

 Rusiya prezidenti, Trampın təklifinə "hə" desə belə, bilir ki, bunun həyata keçirilməsi üçün aylar, bəlkə də illər tələb olunacaq. 
Atəşin dayandırılması, hələ müharibənin sona çatması demək deyil. İki min kilometrə qədər uzanan cəbhə xəttində atəşkəsə  nəzarət etmək, faktiki olaraq mümkün deyil. 

 İnandırıcı olmasa da, bir anlıq  güman edək ki, Putin Avropa dövlətlərinin sülhməramlı qüvvələrinin cəbhə xəttində vəziyyətə nəzarət etməsinə razılıq veriir. Bəs Avropanın iki min kilometrə qədər uzanan cəbhə xəttinə  sülhməramlı qüvvələtini  yerləşdirməyə, atəşkəs rejiminə əməl olunmasına nızarət etməyə, cəbhə xəttinin hər metrinə əsgər yerləşdirməyə əshəri gücü və imkanı catarmı? 

 "Atəşin dayandırılması", sadəcə iki kəlməlik söz deyil. Bu çox çətin və uzun zaman tələb edən bir prosesdir. Kim təminat verə bilər ki, atəşkəs elan edildikdən həftələr, aylar sonra tərəflərdən hansısa, xüsusiylə də Rusiya tərəfi hansısa mərhələdə atəşkəs rejimini  pozmayacaq və yenidən müharibənin qızışmasına səbəb olmayacaq? Müharibə yenidən alovlanarsa,  Tramp hanı ehtiyat planına əl atacaq? Avropalı sülhməramlıların mövqeyi kimin tərəfindən yana olacaq? Suallar həddindən artıq çoxdur...

 Tramp administrasiyasının tələsməkdə məqsədi, Zelenskiyə Ukraynanın  mineral sərvətlərinin istehsalının ABŞ-a verilməsiylə bağlı müqaviləni imzalatmaq və tezliklə Ukraynada prezident seçkilərinin keçirilməsinə nail olmaqdır. Tramp güman edir ki, bunula da Putinin "könlünü" ala biləcək. Putin isə, çox yaxşı bilir ki, ABŞ-ın nəzarəti altında keçiriləcək prezident seçkilərində, Ukraynada istədikləri rusiyayönümlü namizədin prezident seçilmədini təmin edə bilməyəcək.  Çünki, Putinin daha çox güvəndiyi rloktorat,  əsasən rusların daha çox yaşadığı Donetsk, Luqansk vilayətləri bu seçkilərdə iştirak etməyəcək. Beləliklə də, Ukrayna yenə də Rusiyanın deyil, "Sem dayının" nəzarəti altında qalacaq.

Vaxt gedir, Tramp tələsir, prezident seçkiləri ərəfəsində qazandığı ptioriteti itirmək istəmir. Putinin isə tələsmur, imperialist xislətinə nail olacağı  zamanı  gözləyir. Müharibə  davam edir, ötən hər gün ərzində yüzlərlə insan həlak olur, yaralanır, şəhərlər, kəndlər məhv edilir...
 
 

TƏQVİM / ARXİV