"İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq" - Əli Əsədov

"Ötən il hökumətin hesabatı təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub, o cümlədən 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olub".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov deyib.
"Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir. İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq", - deyə Baş nazir bildirib.
Digər Xəbərlər

Mehriban Vəliyeva: “XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platformadır”

ABŞ-dən sülhlə bağlı Bakı və İrəvana çağırış

"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı

Ceyhun Bayramov və Georq Georqiev arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

Valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb - Spiker
