BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib.
Adalet.az bildirir ki, tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Vətən müharibəsi iştirakçıları iştirak ediblər. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekanı, dosent Fuad Kərimli 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində qürur, vətənpərvərlik və birlik rəmzi kimi qalacağını qeyd edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi ədaləti bərpa etdiyini vurğulayıb.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov müharibə dövründə Lider-Ordu-Xalq birliyinin Zəfərin əsas rəmzi olduğuna diqqət çəkib. O bildirib ki, Azərbaycan xalqı 44 gün ərzində həm döyüş meydanında, həm də mənəvi mübarizədə sarsılmaz iradə nümayiş etdirib.
Fakültənin dosenti Elgül Hüseynova çıxışında şəhidlərin müqəddəs xatirəsinin hər zaman qəlblərdə yaşayacağını vurğulayıb, Vətənə həsr olunmuş şeir ifa edib.
Tədbirdə iştirak edən qazilər İsmayıl Hacıyev, Elşən Cəbrayılov və Namiq Əmənov Vətən müharibəsində keçdikləri döyüş yolu, qəhrəman silahdaşları barədə xatirələrini bölüşüblər. Onlar şəhid yoldaşlarını dərin ehtiramla yad edib, gəncləri daim vətənpərvər, cəsur və dövlətə sədaqətli olmağa çağırıblar.
Tədbir bədii hissə ilə başa çatıb.
Digər Xəbərlər
02 Mart 2026 16:19
Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur
02 Mart 2026 10:03
Universitet və kolleclərə qəbul üçün qeydiyyat bu həftə bitir
27 Fevral 2026 17:48
Təhsil proqramlarına kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək
27 Fevral 2026 12:22
Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək
27 Fevral 2026 12:08
Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad edildi
26 Fevral 2026 15:19
Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
24 Fevral 2026 15:11
Nazir yüksək dövlət mükafatlarını sahiblərinə təqdim etdi - FOTOLAR
24 Fevral 2026 14:37


Bakı -°C

