BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLAR
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Adalet.az xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Döyüş Komandanlığında olublar. Burada qonaqlara təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat verilib.
Təlimin gedişi ilə tanış olan qonaqlar şəxsi heyətlə görüşüb, təlimdə istifadə olunan aviasiya vasitələrinə və hərbi texnikalara baxış keçiriblər.
Sonra nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələr (XTQ) komandanlığını ziyarət ediblər. Burada qonaqlara XTQ-in fəaliyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüş zamanı tərəflər arasında hər iki ölkənin XTQ-si arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələləri müzakirə edilib.
Daha sonra nümayəndə heyətinin rəhbəri Şərəf Kitabına ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.
Digər Xəbərlər
16 Oktyabr 2026 19:13
Pilotun aşkar edilməsi tapşırıqları icra olundu
16 Oktyabr 2026 18:10
Bu yollarda sıxlıq var - SİYAHI
16 Oktyabr 2026 17:54
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum olunacaq - YENİLƏNİB
16 Oktyabr 2026 17:04
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər
16 Oktyabr 2026 16:41
Bu şəxslərin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılır
16 Oktyabr 2026 16:34
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR
16 Oktyabr 2026 12:24
Azərbaycanda iş saatları azaldılır?
16 Oktyabr 2026 12:16


Bakı -°C

