adalet.az header logo
  • Bakı -°C
16 Oktyabr 2026 17:54
69
GÜNDƏM
A- A+

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum olunacaq - YENİLƏNİB

Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin təltiflərindən məhrum edilməsini təklif edib.

Adalet.az xəbər verir ki, İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.

***

17:00

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasndan çıxarılıb.

Adalet.az xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

***

16:29

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

Adalet.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından çıxarılıb.

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.

Hazırda R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.