Bəhram Bilaloğlu: Yol hərəkəti qaydalarına insanların riayət etmə zərurəti və cəmiyyətin vicdan səsi
Yol hərəkəti qaydalarına insanların riayət etmə zərurəti və cəmiyyətin vicdan səsi
Hər bir cəmiyyətin tərəqqisi onun üzvlərinin məsuliyyət hissi ilə birbaşa bağlı olmasıdır.Bu məsuliyyət yalnız fərdi həyatla məhdudlaşmır, eyni zamanda ictimai təhlükəsizliyin qorunmasına da, xidmət edir. Yol hərəkəti qaydalarına əməl etmək bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sadə görünən bir ehtiyat, bəzən bir insanın həyatını xilas edə bilər.Piyada olduğun halda xırda bir daş parçasını yoldan kənara atmaq kimi,,
Yol hərəkəti qaydalarına riayət edən şəxslər, cəmiyyətin gözündə nümunə, gələcək nəsillər üçün isə örnəkdir. Onların davranışları qanunlara, mənəviyyata və insan həyatına hörmətin təzahürüdür. Təəssüf ki, bəzən bu nümunəviliyin qarşısında qaydalara məhəl qoymayanlar da,görünür.Belə şəxslərin məsuliyyətsiz davranışları bir anın içində insan faciələrinə, ömürlük peşmanlıqlara səbəb ola bilir.
Bu vəziyyətdə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin üzərinə böyük mənəvi yük düşür. Çünki qayda pozanlara qarşı səssiz qalmaq, susaraq müşahidə etmək, dolayısı ilə bu davranışlara razılıq vermək deməkdir. Halbuki, bir və ya bir neçə vicdanlı insanın səmimi tənqidi, düşüncəli xəbərdarlığı qayda pozan bir şəxsi dayandırmağa və onu düzgün yola yönəltməyə kifayət edə bilər.
Cəmiyyətin hər üzvü anlamalıdır ki, yol təhlükəsizliyi təkcə şəxsi məsələ deyil — bu, ümumi rifahın və insanların birgə yaşamaq mədəniyyətinin bir parçasıdır. Hər bir vətəndaş anlamalıdır ki,qanunları qoruyan sadəcə dövlət qurumları deyil, həm də,vətəndaşın özü olduğunu qəbul etməlidir. Bu, həm hüquqi, həm də mənəvi məsuliyyətdir.
Əgər cəmiyyətin vicdan səsi ucalarsa, əxlaqi dəyərlər öz yerini tutar, insan həyatına hörmət ön plana çəkilər. O zaman yol qəzalarının, göz yaşı içində çırpınan anaların və səssizcə əbədi yola çıxan insanların sayı da azalacaq.
Ümumi olaraq, susmaq yox, danışmaq; biganə qalmaq yox, xəbərdar etmək; görməməzlikdən gəlmək yox, müdaxilə etmək lazımdır. Ancaq bu cür şüurlu yanaşma ilə təhlükəsiz və məsuliyyətli bir cəmiyyət qurmaq mümkün və uğurlu olar.
Digər Xəbərlər
19 Yanvar 2026 10:32
Yazılmamış məktublar - Tərlanə Yaqubqızı yazır
17 Yanvar 2026 12:04
“İrandakı etirazlar ona görə inqilab şəklini ala və nəticəyə çata bilmədi ki...”
15 Yanvar 2026 18:32
FƏDAKAR ALİM ÖMRÜ
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
15 Yanvar 2026 10:31
Nəğməli ürək - Həzi Həsənli yazır
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20


Bakı -°C

