12 May 2025 14:11
110
SİYASƏT

Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq

Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə Krallığın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.

Adalet.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Söhbət zamanı vəliəhd ikitərəfli əlaqələrin dərinləşdirilməsinin və qarşılıqlı fəaliyyətin bütün istiqamətlərinin inkişafı üzərində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, bu, hər iki ölkənin rifahına və davamlı inkişafına töhfə verərək, qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq.