"Belə nəticəyə gəlirəm ki, Vaşinqton müharibəni uzatmayacaq" - Yılmaz
Türkiyənin İranla bağlı mövqeyi aydın və ardıcıldır. Biz müharibənin mümkün qədər tez bitməsini istəyirik və bu istiqamətdə səylərimiz davam edir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz martın 13-də yerli telekanallara açıqlamasında bildirib.
Yaxın Şərqdə yaranan vəziyyətdən danışan C.Yılmaz qeyd edib: “İran məsələsində vasitəçilik etmək üçün ciddi səylər göstərdik, lakin danışıqlar masası son anda Omanda quruldu. Təəssüf ki, müsbət nəticə əldə olunmadı və proseslər müharibə ilə nəticələndi”.
Vitse-prezident qarşıdurmanın bütün bölgəyə yayılma riski ilə bağlı xəbərdarlıq edib və əlavə edib ki, hazırda regionda qeyri-müəyyənlik mövcuddur, dəqiq proqnoz vermək mümkün deyil: “Həm iqtisadi, həm də humanitar baxımdan risklər mövcuddur. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ümumi yanaşmasından belə nəticəyə gəlirəm ki, Vaşinqton müharibəni uzatmayacaq”.
C.Yılmaz vurğulayıb ki, yalnız gücə arxalanan, qanun və qaydalara məhəl qoymayan siyasət insanlığın gələcəyi üçün ciddi təhlükə yaradır: “İnanıram ki, bəşəriyyət hadisələrə mütləq şəkildə reaksiya verəcək”.
Türkiyənin hava məkanında zərərsizləşdirilən raketlərlə bağlı sualı cavablandıran vitse-prezident deyib: “Biz qarşı tərəfə dəfələrlə xəbərdarlıq etdik. İranda deyirlər ki, “Raketi biz atmamışıq”. Hazırda qonşu dövlətdə vahid qərar qəbuletmə sistemi yoxdur, fərqli təşkilati struktur tətbiq olunur. Türkiyə isə həm NATO daxilində, həm də öz resursları ilə tədbirləri davam etdirir”.
Digər Xəbərlər
14 Aprel 2026 11:55
Məktəbə silahlı hücum: yaralılar var - Türkiyədə
14 Aprel 2026 11:26
ABŞ və İran rəsmiləri yenidən görüşəcək
14 Aprel 2026 10:46
Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib – Politoloq
14 Aprel 2026 10:31
Baş nazirin arvadı korrupsiyada ittiham olunur
14 Aprel 2026 09:35
Bu ölkə vətəndaşlarının muzeyə girişi qadağan edildi - Almaniyada
14 Aprel 2026 09:21
İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik - Vens
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46


Bakı -°C

