Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq. Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir.
Bələdiyyələrin vahid informasiya sistemindən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdiriləcək.
Təklif olunan digər dəyişikliyə əsasən, bələdiyyə bildirişləri elektron qaydada göndəriləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda təsdiq edilib.
Digər Xəbərlər

Türkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda

Bu lampalara görə 5 min cərimələnəcəksiz

Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarının pozulmasına görə cəzalar müəyyənləşdi

Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər

Daha 15 dayanacaq pavilyonu quraşdırılacaq
jpg-1748606325.jpg)
Erməni dilemması: Paşinyan kilsənin dilini "kəssə" Qafqazda sülh olar-ŞƏRH

Bahar Muradova parlamentdə hesabat verdi - YENİLƏNİB
