Bellinqem iki oyunluq cəzalandırıldı
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Cud Bellinqem iki oyunluq cəzalanıb.
Adalet.az "AS" nəşrinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə oyunda (1:1) hakimin ünvanına qeyri-etik ifadələr səsləndirdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi ingiltərəli oyunçunun hakim Munuera Monteroya qarşı işlətdiyi sözləri təhqiredici hesab edib. Buna görə də futbolçu ölkə çempionatında fevralın 23-də "Jirona"ya, martın 2-də isə "Betis"ə qarşı keçiriləcək matçları buraxacaq. Qadağa İspaniya Kral Kubokunun yarımfinalında "Real Sosyedad"la fevralın 26-da təşkil olunacaq ilk matça şamil edilməyəcək.
Madrid təmsilçisi RFEF-in qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Bellinqem görüşdən sonra referini təhqir etmədiyini bildirib.
Digər Xəbərlər
04 Oktyabr 2026 19:21
Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB
04 Oktyabr 2026 19:05
Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB
04 Oktyabr 2026 16:16
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
04 Oktyabr 2026 15:15
“Kriştianonun qarşısında baş əyirəm!”
04 Oktyabr 2026 11:55
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
04 Oktyabr 2026 10:55
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
04 Oktyabr 2026 10:46
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
03 Oktyabr 2026 22:15


Bakı -°C

