Bərdədə polis 7 kiloqram narkotik vasitə aşkarladı - VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.
Adalet.az xəbər verir ki, onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidən 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Polis 3 tondan artıq çətənə kolunu məhv etdi

Polis əməliyyat keçirdi - 881 kiloqram çətənə kolu aşkarlandı - VİDEO

Bakıda marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı
