Bermud üçbucağının sirrini belə izah elədi

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını iddia edib.
Adalet.az xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalı məlumat yayıb.
Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itkin düşən gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta statistik göstəricilərdən fərqlənmir.
Alim Bermud üçbucağında müntəzəm olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.
Bermud üçbucağı Atlantik okeanında Florida, Bermud və Puerto Riko ilə həmsərhəd olan ərazidir. Məşhur inanca görə, bu ərazidə təyyarələr və gəmilər izah olunmayan tezliklə yoxa çıxır. Ən məşhur hadisə 1945-ci ildə beş Amerika bombardmançısının yoxa çıxmasıdır.
Digər Xəbərlər

Dünyanın ƏN ŞİRİN nəvəsi

Bakı metrosunda uşaq DOĞULDU

Gavalı var ki, şaftalıya oxşayır...

20 yaşında öz dövlətini qurdu, vətəndaşları da var

Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi

Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirib - FOTOLAR

"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib - FOTOLAR
