“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
UEFA Avropa Liqasında “Beşiktaş”la İsrailin “Hapoel” (Beer-Şeva) komandası arasında keçiriləcək matçın təhlükəsizlik səbəbindən Türkiyədən kənarda oynanılması gündəmə gəlib.
Adalet.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, noyabrın 26-da İstanbulda keçirilməsi planlaşdırılan qarşılaşmanın neytral meydanda təşkil olunması UEFA tərəfindən müzakirə edilir. Buna səbəb kimi təhlükəsizliklə bağlı narahatlıqlar göstərilir.
Məlumata görə, “Beşiktaş” rəhbərliyi matçın keçirilməsi üçün Gürcüstanın Batumi şəhərini UEFA-ya təklif etməyi düşünür. Qarşılaşmanın hansı ölkə və stadionda keçiriləcəyi ilə bağlı yekun qərarı UEFA verəcək.
Qeyd olunur ki, matçın Türkiyədən kənarda keçirilməsi baş tutacağı təqdirdə, “Beşiktaş” doğma meydan və azarkeş dəstəyindən məhrum olacaq.
Digər Xəbərlər
12 Oktyabr 2026 12:08
Qəbələ–Xankəndi III Beynəlxalq ultramarafonu başa çatıb
11 Oktyabr 2026 16:36
Azərbaycan boksçusu Cəmilə Muradlı Avropa çempionu olub
10 Oktyabr 2026 10:55
Rəsmən boşandılar - 250 min avroluq aliment tələbi rədd edildi
10 Oktyabr 2026 09:00
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
09 Oktyabr 2026 23:54
“Qalatasaray” üç xalı 3 qolla qazandı
09 Oktyabr 2026 14:20
Azər Əliyev və Anar Bağırov Xorvatiyadakı Olimpiya Həmrəyliyi Forumunda
09 Oktyabr 2026 10:37
“Neftçi” “Sabah”a, “Araz-Naxçıvan” “Kəpəz”ə qarşı
08 Oktyabr 2026 23:29


Bakı -°C

