Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - SİYAHISI
Psixiatr Havyer Kintero beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edən qidaların siyahısını açıqlayıb.
Adalet.az xəbər verir ki, mütəxəssis bu barədə “El Confidencial” nəşrinə müsahibəsində bildirib.
Kinteronun sözlərinə görə, beynin ilk növbədə müntəzəm olaraq B9 vitamininə ehtiyacı var. Bu vitamini yaşıl yarpaqlı tərəvəzlər, mərci, qulançar və avokadodan əldə etmək mümkündür. İkinci növbədə vacib element isə B6 vitaminidir. Bu maddə hinduşka əti, noxud, banan və püstədə bol miqdarda tapılır.
Həkim əlavə edib ki, beynin düzgün işləməsi üçün D vitamininin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır. Bunun üçün skumbriya və qızılbalıq kimi yağlı balıq növlərinə üstünlük verilməlidir.
Orqanizmi B12 vitamini ilə təmin etmək üçün isə psixiatr süd məhsulları, dəniz mollyuskaları və mal əti yeməyi tövsiyə edib.
Mütəxəssis yumurtanı beyin üçün ən ideal qida adlandırıb, çünki onun tərkibində qeyd olunan bütün faydalı maddələr mövcuddur.
Digər Xəbərlər
04 Noyabr 2026 13:23
İcbari Tibbi Sığorta Fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum oldu
03 Noyabr 2026 11:17
Ölkələrin səhiyyə indeksi açıqlandı - Azərbaycan 92-ci pillədədir
03 Noyabr 2026 08:32
Quş qripi təhlükəsi böyüyür: insandan insana keçə bilərmi?
03 Noyabr 2026 08:07


Bakı -°C

