Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müşahidəçi ölkəsi Macarıstanla əlaqələrini gücləndirir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Macarıstanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman arasında görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Tamaş Yojef Tormanı yeni səfir təyin olunması münasibətilə təbrik edib, bu təyinatın Fondun ilə təşkilatın müşahidəçi ölkəsi Macarıstan arasında olan tərəfdaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsində rol oynayacağına inandığını deyib. Günay Əfəndiyeva eyni zamanda təşkilatın fəaliyyətindən söz açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstanın əməkdaşlığı çərçivəsində Türk Dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının qədim və zəngin maddi-mədəni irsinin öyrənilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib və gənc təşkilat olmasına baxmayaraq qısa zaman ərzində Fondun həyata keçirdiyi genişmiqyaslı layihələrə dəstək verəcəyini bildirib. Səfir eyni tarixi köklərdən gələm Macar və Türk xalqlarının tarixinin, mədəniyyətinin təbliği yönündə əlaqələrin gücləndirilməsinin önəmindən danışıb.
Görüş tərəflər arasında birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

