Bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Adalet.az-a Xidmətdən məlumat verilib.
Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.
"Azərbaycanın rayonlarında da dekabrın 18-i gündüzdən dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Dekabrın 19-u gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq", - deyə məlumatda bildirilib.
Digər Xəbərlər

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

Prokurorluq 10 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

"Boranı" restoranındakı yanğın söndürüldü - YENİLƏNİB

Naxçıvanda hərbi sursatlar aşkar edildi

İşə düzəldiyini qeyd etməkdən qayıdarkən qəzaya düşüb - TƏBİB-in əməkdaşının ölümünün detalları

Dumanlı havalar təhlükədir
jpg-1741873098.jpg)
Zaxarova, sanki Ukraynalı uşaqlar durduğu yerdə ölüb, axı...
