Bəzi məlumatların yayılması qadağan edilir
İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilir.
Adalet.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, internet informasiya ehtiyatının ve onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar.
Digər Xəbərlər
24 Noyabr 2025 10:33
“Din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər...” - İlahiyyatçı
24 Noyabr 2025 10:04
Azərbaycanda bu şəxslər cərimələnəcək
24 Noyabr 2025 10:03
Azərbaycanda bu şəxslər həbs ediləcək
24 Noyabr 2025 09:42
Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur - FOTOLAR
24 Noyabr 2025 09:11
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir arada
23 Noyabr 2025 14:08
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
22 Noyabr 2025 19:00
Ramiz Mehdiyevin vəziyyəti pisləşdi - Təcili yardım çağırıldı
22 Noyabr 2025 10:59


Bakı -°C

